Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatında fasilə yaranıb.
SİA-nın yerli bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.
Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.
İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB