Yolayrıcında olan işıqforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib

Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə 47 yolayrıcında mövcud olan işıqforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, görülən işlər çərçivəsində işıqforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;

2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;

3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;

4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.

“Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir”,- deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə