ADSEA: Su sayğacının itmiş və yaxud zədələnmiş kartının əvəzlənməsi ödənişlidir
Azərbaycanda smart-kart tipli su sayğacının sərfiyyat yükləmə kartı itirildikdə və yaxud zədələndikdə onun yenisi ilə dəyişdirilməsi ödənişlidir.
SİA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabelində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bəyan edib.
Məlumata görə, yeni kartın qiyməti sayğacın markasına görə dəyişir - Türkiyənin "Elektromed" şirkətinin istehsalı olan "Alfasu" sayğacının kartının qiyməti 15 manat, "Metlab" şirkətinin istehsalı olan "Teksan" sayğacının kartının qiyməti 10 manat, "Gəncə Cihazqayırma Zavodu" ASC-nin istehsalı olan "Abşeron" sayğacının kartının qiyməti isə 7 manatdır.
"Smart-kartı oxuyucuya daxil etmədən balansa onlayn ödəniş etdikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Abonent bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və kartla birlikdə "ASAN xidmət", "ASAN kommunal" mərkəzlərinə və yaxud yerli sukanal idarəsinə yaxınlaşaraq məbləği hesabından karta yüklətdirə bilər", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB