Sürücülərin nəzərinə!

Ölkənin avtomobil yollarında vəziyyət açıqlanıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, yanvarın 2-də küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə