Yol hərəkətində dəyişiklik edilib, yolda yeni işıqforlar quraşdırılıb

Binəqədi rayonunun Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.

SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirlib ki, NİİM tərəfindən quraşdırılaraq istifadəyə verilən yeni işıqforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə