Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtın Xətai, Qaradağ və Nizami rayonlarında keçirilən növbəti tədbirlər zamanı 27 yaşlı N. Şıxalıyev, 39 yaşlı N. Nəsibov və 26 yaşlı M. Mustafa saxlanılıblar. Onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB