Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına təbrik və tövsiyələr ünvanlayıb.
Bu barədə SİA-ya idarənin mətbuat xidmətindən məlumat veriblər.
Təbrikdə deyilir: “Hörmətli yol hərəkəti iştirakçıları! Baş Dövlət Yol Polisi İdarəsi sizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir.
Bayram günlərində yollarda hərəkət intensivliyinin artdığını nəzərə alaraq hər kəsi daha diqqətli və məsuliyyətli olmağa çağırırıq. Sürət həddinə əməl edin, sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durun, piyadalara üstünlük verin, yol hərəkəti qaydalarına ciddi riayət edin”.
İdarənin təbrik müraciəti bu sözlərlə bitir: “Unutmayaq ki, bayram sevinci yalnız təhlükəsiz şəkildə mənzil başına çatdıqda tamamlanır. Bayramınız mübarək, yollarınız açıq və təhlükəsiz olsun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB