Naxçıvanda avtomobil yolları qardan təmizlənir

Naxçıvanda respublika və yerli əhəmiyyətli avtomobil yolları qardan təmizlənir.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın avtomobil yollarında qardan təmizləmə işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Yolların daim açıq saxlanması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün texnikalar və canlı qüvvə səfərbər olunub.

Hazırda yollarda qar təmizləmə və qum-duz səpilməsi işləri intensiv aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə