Bu il 1218 nəfər məşğulluq tədbirlərinə cəlb edilib

...sosial adaptasiya məqsədilə

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də onların məşğulluğunun təminatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında həmin kateqoriyadan olan 1218 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.

SİA xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə