Daşkəsəndə şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib

Daşkəsəndə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlar başda olmaqla, balaca fidanlar üçün bayram şənliyi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan şənlikdə uşaqların bayramı təbrik edilib, onlara xoş diləklər söylənib. Yaradıcı kollektivlər maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış edib. Peşəkar incəsənət ustaları illüziya şou, rəngarəng tamaşalar və müxtəlif sürpriz proqramlarla uşaqlara xoş anlar yaşadıblar. Əlvan bəzədilmiş Yeni il ağacı ətrafında toplaşan uşaqlar Şaxta baba, Qar qız, klounlar və digər nağıl qəhrəmanları ilə birlikdə əylənib, verilən hədiyyələrə seviniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə