Deputat Elnarə Akimova vətəndaşlarla görüşdü - FOTOLAR

Deputat Elnarə Akimova vətəndaşlarla görüşdü. SİA-nın verdiyi məlumata görə, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaşları qəbul edib.

Görüş zamanı vətəndaşların sosial problemləri, mənzil məsələləri, sağlamlıqları və gündəlik həyatla bağlı üzləşdikləri çətinliklər müzakirə olunub. Deputat hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin operativ şəkildə aidiyyəti dövlət qurumlarına çatdırılması üçün müvafiq göstərişlər verib.

E. Akimova bildirib ki, vətəndaş müraciətlərinə həssas yanaşmaq, onların qayğı və ehtiyaclarını dinləmək dövlət siyasətinin əsas istiqamətlərindəndir. O, səsləndirilən problemlərin həlli üçün mümkün addımların atılacağını vurğulayıb.

Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və dəstəyə görə deputata təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə