Azərbaycan və Əfqanıstan nümayəndələri ədliyyə sahəsində əməkdaşlığı müzakirə ediblər

Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muhəmməd Faysal Azərbaycanın ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüşüb. SİA-nın məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, görüş zamanı əfqanıstanlı məhbuslar məsələsi və ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə