“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində 17 min könüllünün iştirakı gözlənilir - Vüqar Əliyev

"Bu ilki Könüllülük Həftəsinə 17 min könüllünün cəlb edilməsi proqnozlaşdırılıb". SİA xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Azərbaycan Könüllülük Həftəsi 2025"in fəaliyyət göstərdiyi 10 gündə 10 layihənin keçirilməsi nəzərdə tutulub: "Həftə çərçivəsində layihələr beş mövzunu əhatə edəcək. Bu il üçün əsas məqsədimiz 18 regionda könüllülərin fəaliyyətini təmin edərək 17 min könüllünü əhatə etməkdir. Bununla da 60 min könüllüyə çatacayıq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə