Bu gün Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan SİA-ya verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində 4 dekabr tarixində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB