Bəzi şəxslərdə şiddətə meylliliyin olduğunu müşahidə edirik. Ölkəmizdə də bu cür insanların sayı az deyil. Bəs, şiddətə meyllilik nədən qaynaqlanır?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, şiddətə meyllilik yaş dövrlərinə görə fərqlənir:
“Uşaq yaşlarında şiddət göstərən uşaqlarda atipik davranışlar müşahidə olunur və bu halları bəzən telefon və oyun asılılığı ilə əlaqələndiririk. Amma təəssüf ki, əsas səbəblərdən biri valideynlərin uşaqlara laqeyd yanaşması, onlarla kifayət qədər vaxt keçirməməsi, uşaqların kimlərin yanında tərbiyə alması, məktəbəqədər müəssisələrdə müəllimlərlə və digər uşaqlarla münasibətlərin düzgün tənzimlənməməsi ola bilər. Bu hallar nəzarətsizlik şəraitində uşaqlarda şiddətə meyil yaradır.
Ümumiyyətlə, insanlarda şiddətin yaranmasının əsas səbəbi stresdir. Psixi və psixoloji problemləri olan insanlarda şiddət meyli daha çox müşahidə olunur. Təəssüf ki, bu hallar yaş artdıqca daha da güclənə və çoxala bilər. Bu problemin qarşısını almağın ən effektiv yolu psixoloji maarifləndirmədir. Əgər kiçik yaşlardan başlayaraq uşaqlarda aqressiyanın qarşısı alınmasa və tərbiyə üsulları düzgün tətbiq olunmasa, bu davranışlar yeniyetməlik və böyüklük yaşlarında daha ciddi fəsadlara gətirib çıxara bilər. Nəticədə, bu halların sonu bəzən ölüm, cinayət və digər ağır nəticələrlə bitir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB