Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala, İmişli və Tovuz rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında növbəti monitorinqlər keçirilib. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, bazarlarda balıq məhsullarının açıq havada satışının həyata keçirildiyi, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və soyuducuların təşkil olunmadığı müəyyən edilib. Bundan başqa, müəyyən olunub ki, bazar daxilində abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin edilməyib, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib, qanunvericilik çərçivəsində inzibati tədbirlər görülüb.
AQTA bildirir ki, insanların sağlamlığını riskə atan, qida təhlükəsizliyi tələblərinə əməl etməyən satış subyektləri ilə bağlı nəzarət tədbirləri davam etdiriləcək və sərt tədbirlər görüləcək.
Ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarx: https://www.youtube.com/shorts/iDTNbxLDYks
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB