Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Huawei” şirkətinin Orta Şərq və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Angela Linin rəhbərlik etdiyi nümayəndə heyəti, “GenAI Works”un baş direktoru və həmtəsisçisi Steve Nouri və Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrə müəllim Xaləddin Rzayev ilə görüşüb. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qonaqlar Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimat mərasimində iştirak məqsədilə ölkəmizə səfər ediblər. Onlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Qonaqlar “ASAN xidmət” modelinin fəaliyyətinin onlarda yüksək təəssürat yaratdığını bildiriblər. Görüş zamanı müvafiq tərəflərlə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Eyni zamanda, “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanışlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB