“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinin icrası çərçivəsində Bakıdakı akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə valideynlərlə maarifləndirici görüş təşkil olunub. Bu barədə SİA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, görüşün əsas məqsədi narkotik asılılığı probleminin qarşısının alınmasında ailələrin rolunun artırılması, valideyn məsuliyyətinin gücləndirilməsi və bu sahədə məlumatlılığın yüksəldilməsi olub.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu çıxış edərək narkotik asılılığının fəsadları, risk faktorları, erkən əlamətlərin tanınması, valideyn nəzarətinin vacibliyi və uşaqların təhlükəsiz mühitdə böyüməsinə təsir edən amillər barədə geniş məlumat təqdim ediblər.
Görüş zamanı valideynlərin sualları cavablandırılıb, maarifləndirici tövsiyələr verilib və ailə–məktəb əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB