Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə federasiyaya üzv ölkələrdən - Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çex Respublikası, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də Federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dekabrın 6-na kimi davam edəcək konfransda yanğın-xilasetmə idmanının inkişafı, bu idman növü üzrə keçirilmiş son dünya çempionatının təhlili, habelə 2026-cı ildə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatlarının təşkili və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB