"Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir" - QURUM RƏSMİSİ DANIŞDI

"Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir". Bu barədə SİA-ya Hidrometeoroloji Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, yağıntılar bəzi yerlərdə leysan xarakterlidir: "Düşən yağıntının miqdarı Quba-Qusar zonasında 31, Daşkəsən, Gədəbəy və Mərkəzi Aran rayonlarında 20, Lənkəran-Astara zonasında 17, əksər rayonlarda isə 9 millimetrə qədər qeydə alınıb. Bakıda və Abşeron yarımadasında isə yağıntının miqdarı 1 millimetr təşkil edir. Şahdağda qar yağması müşahidə olunub. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfa şəhərində 23, Bakıda və Abşeron yarımadasında 20, Naxçıvanda isə 16 metr saniyəyə çatır. Xəzər dənizində dalğanın hündürlüyü 4.8 metrə çatır. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 4-ü günün ikinci yarısında tədricən zəifləyəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə