“İnternet, telefon asılılıqları uşaqların həm koqnitiv proseslərinin inkişafına, həm tərbiyəsinə, həm də bir şəxsiyyət kimi vəmiyyət reallaşmasında çətinliklər törədir. Bu faktdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib.
Psixoloq sözlərinə belə davam edib: “Nəinki uşaqlar, eyni ilə böyüklər də bu asılılıqdan əziyyət çəkir, onların şəxsi həyatında problemlər, iş həyatında isə produktivliyinin qarşısını alır.
Əsas amil telefondan, sosial şəbəkələrdən istifadə nəzarət altında olmalıdır. Yəni konkret rejimlə. Yeniyetmənin kəskin şəkildə telefona qadağa qoysaq aqressiya ilə üzləşə bilərik. Bu halı yaşamamaq üçün ilkin növbədə telefonun zərəri, onun mənfi tərəfləri, eyni zaman müsbət tərəflərindən, istfida qaydası barəsində uşaqla danışmalıyıq. Birgə gün ərzində telefondan, sosial şəbəkədən istifadəni tənzimləmək lazımdır.
Uşaq anlamalıdır ki, nə səbəbə bu baş verir. Mən dəfələrlə yeniyetmələrlə seansda valideynlərin hansısa tətbiqi sildiyi halda uşaqların gizlin həmin, tətbiqi yüklədiyinin şahidi olmuşam. Əksər yeniyetmələr qadağaları anlamaqdıqları üçün onları gizlin reallaşdırır.
O ki qaldı, telefondan istifadə edən körpələrə vaıideynlərinin fəxri hissi ilə yanaşmasına, valideyn övladının hər addımına sevinir, əslində o da bir naliyyətdir. Lakin primitiv təfəkkür sayəsində uşaq onları reallaşdırır. Bu təfəkkürlə meymunlar da telefondan istifadə edə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə