"Trampla İlham Əliyev arasında münasibətlərin bu qədər yaxın olması, təbii ki, iki dövlət arasındakı münasibətlərə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Çünki həm Donald Trampın, həm də İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri imkan verir ki, təmsil etdikləri dövlətlərin siyasi həyatında yeni tərəfdaşlıqlar və etibarlı əməkdaşlıq mühiti formalaşsın". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
.jpg)
Onun sözlərinə görə, bu baxımdan, əgər həm Əliyev, həm də Tramp qərarlı olsalar, yaxın 2 il ərzində-yəni Trampın vəzifədə qalacağı müddət ərzində - münasibətlərin daha da inkişaf edəcəyini və müsbət istiqamətdə yeni təşəbbüslərin reallaşacağını görə bilərik: Lakin burada vacib bir məqam ortaya çıxır: Trampdan sonra ABŞ-da kimin hakimiyyətə gələcəyi. ABŞ qanunvericiliyinə əsasən, bir şəxs maksimum iki dəfə prezident seçilə bilər. Tramp ikinci müddətini başa vurmaq üzrədir və onun prezidentlik dönəmi cəmi iki ilə qədər davam edəcək. Ondan sonra kim prezident olacaqsa, bu, ABŞ-Azərbaycan münasibətlərinə birbaşa təsir göstərəcək.
Əgər Trampdan sonra onun siyasi kursunu davam etdirən bir şəxs prezident seçilərsə, o zaman iki ölkə arasındakı bu gün başlanan müsbət tendensiya davam edə bilər. Əgər, əksinə, Trampın siyasi xəttinə zidd bir siyasətçi hakimiyyətə gələrsə, bu halda ABŞ-Azərbaycan münasibətlərində yenidən enişlər və gərginliklər müşahidə oluna bilər-necə ki, Bayden dövründə bu baş vermişdi.
Yekunda düşünürəm ki, qarşıdakı 2 il ərzində ABŞ və Azərbaycan arasında ən azı regional səviyyədə yeni layihələrin, yeni əməkdaşlıq formatlarının formalaşması üçün çox əlverişli şərait mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB