DSX-nin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində Bakı Hərbi Prokurorluğun əməkdaşlarının iştirakı ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib. Xidmətin Mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, məktəbin professor-müəllim heyəti, eləcə də kursantların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, Heydər Əliyev muzeyi ziyarət olunub.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı, digər qanunlar və normativ-hüquqi aktlardan danışıblar.
Tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib.
Tədbirin yekununda qonaqlar Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin inzibati binası – idman zalı, yeməkxana, yataqxana, dərs otaqları, tədris korpusu ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB