Yarandığı vaxtdan bu günədək "YAŞAT" Fondunun büdcəsindən 93 milyon 622 min 394 manat vəsait xərclənib.
SİA xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, bu günədək 18 min 566 şəxsin 93 min 897 müraciəti təmin edilib:
"Məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 42 milyon 246 min 250 manat xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 min 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 min 37 müraciəti olmaqla ümumilikdə 12 min 606 müraciət təmin edilib".
Qeyd edək ki, "YAŞAT" Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB