...Yeddi Avropa İtifaqı ölkəsi dondurulmuş Rusiya aktivlərindən istifadəni Ukraynaya həvalə etməyi təklif edir.
Onların iddiasına görə bu qərar Kiyevi Moskva ilə sülh müqaviləsi üçün daha yaxşı danışıqlar mövqeyinə gətirəcək.
SİA xəbər verir ki, The Guardian qəzetinin məlumatına görə, Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin Ukraynaya köçürülməsi təklifi Avropa Şurasının prezidenti António Coste və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə ünvanlanan məktubda səsləndirilib.
The Guardian qəzetinin məlumatına görə, məktubu Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveçin baş nazirləri imzalayıblar.
Siyasətçilər hesab edirlər ki, təzminat krediti "maliyyə baxımından ən mümkün və siyasi cəhətdən real həll yoludur və Ukraynanın təcavüz nəticəsində dəyən ziyana görə kompensasiya almaq hüququ kimi fundamental prinsipə uyğundur".
Onlar bildiriblər ki, gələn həftə keçiriləcək sammitdə müvafiq qərarın qəbul edilməsi Ukraynanı "özünü müdafiə etmək üçün daha güclü mövqeyə və ədalətli və davamlı sülh danışıqları aparmaq üçün daha yaxşı mövqeyə" gətirəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB