Ukrayna Prezidenti Vladimir Zelenski Londona gələrək Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnıy ilə görüşüb.
SİA xəbər verir ki, bu barədə Strana.ua öz Telegram kanalında məlumat verib.
...Zelenski artıq Londona gəlib və orada onu keçmiş baş komandan və Böyük Britaniyadakı hazırkı səfir Zalujnıy qarşılayıb.
Bu verilən bəyanatda deyilir.
Kiyevin Londondakı nümayəndəsi Ukrayna lideri ilə təyyarənin pilləkənində görüşüb. İkisi əl sıxıblar.
Volodimir Zelenski daha əvvəl Bloomberg-ə verdiyi telefon müsahibəsində bildirib ki, ABŞ ilə danışıqlarda Donbasın statusu ilə bağlı hələlik razılaşma yoxdur.
O, Moskva, Kiyev və Vaşinqtonun ərazi məsələsində ortaq mövqeyinin olmadığını aydınlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB