YAŞAT Fondu tərəfindən hər iki valideynini itirmiş şəhid övladlarına xüsusi qayğı göstərilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Bu kateqoriyaya aid olan 7 şəhid övladının hər biri üçün 5 min manat məbləğində depozit hesabı açılaraq müvafiq vəsait yerləşdirilmişdir. Qeyd olunan uşaqlardan 4-ü Gəncə terroru nəticəsində hər iki valideynini itirmişdir ki, bu da Fondun travma yaşamış ailələrə prioritet qayğı yanaşmasını göstərir.
SİA xəbər verir ki, fondun rəhbəri Elvin Hüseynov bildirib ki, ötən dövr ərzində YAŞAT Fondu tərəfindən ümumilikdə 67 sosial layihə icra olunmuşdur. Bu layihələr sosial müdafiənin gücləndirilməsi, psixoloji və tibbi dəstəyin təmin edilməsi, eləcə də şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətlərini əhatə edir və Fondun fəaliyyətinin cəmiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB