“YAŞAT Fondu tərəfindən son beş il ərzində həyata keçirilən fəaliyyətlər üzrə maliyyə bölgüsü 93 622 394,16 manat təşkil etmişdir. Fondun rəsmi məlumatlarına əsasən, bütün xərclərin təfərrüatları ictimaiyyət üçün açıq şəkildə qurumun internet saytında təqdim olunur. Hesabat dövründə Fondun çağrı mərkəzinə ümumilikdə 93 897 müraciət daxil olmuş, onların arasından 18 566 nəfərin müraciəti icra olunmuşdur”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, xərclənmiş vəsaitlərin struktur təhlili göstərir ki, vəsaitin 82,85%-i müalicə və psixoloji dəstək proqramlarına yönəldilmişdir. Ailələrin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 13% həcmində maliyyələşmə aparılmış, təhsil və peşə hazırlığı istiqamətləri üzrə 2,37% vəsait ayrılmışdır. Eyni zamanda, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması üzrə xərclər ümumi büdcənin 1,79%-ni təşkil etmişdir. Bu rəqəmlər Fondun sosial həssas qrupların müdafiəsi və onların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü və şəffaf fəaliyyət həyata keçirdiyini göstərir.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB