Getdikcə dəyərlərin itirilməsi…

Hərdən elə gəlir ki, zaman bizdən heç nə demədən nələrisə alır. Elə bil dünənə qədər insanların üzündəki təbəssüm daha səmimi idi, salamlar daha içdən idi, “necəsən?” sualı həqiqətən cavab üçün verilirdi. İndi isə hər şey sanki tələsik, soyuq, mexaniki… İnsanlar bir-birinə baxmadan keçir, ürəklər toxunsa belə, gözlər toxunmur.

Dəyərlər… Uşaqkən bizə öyrədilən o gözəl duyğular – hörmət, sevgi, qayğı, təmizlik, həya… Bu gün onların çoxu sanki köhnə şəkillər kimi solub. Artıq insanlar daha çox özünə qaçır, daha az paylaşır. Bir-birinə “yanında olmaq” yerinə, sadəcə “status atır”. Düşüncələr ağırlaşıb, hisslər yüngülləşib.

Ən pisi isə nədir? Bu dəyişimi hamımız hiss edirik, amma heç kəs səsini çıxarmır. Elə bil toplum olaraq yorulmuşuq… Kiminsə bir dəyəri qırılır, bir başqası bunu normal sayır. Bir insan incinir, digəri bunu “zəiflik” hesab edir. Sanki yaxşılığa inanmaq çətinləşib, şəfqət olmaq bir növ riskə çevrilib.

Halbuki dəyərlər bir xalqın, bir ailənin, bir insanın nəfəsidir. Onlar itəndə, içimizdə boşluqlar yaranır. Əvəzini heç nə doldurmur — nə pul, nə texnologiya, nə də uğurlar… Çünki insanı insan edən elə o dəyərlərdir.

Bəlkə də bu dövrdə bir az daha çox insanlıq gərəkir. Bir az mehribanlıq, bir az səbr, bir az anlayış… Uduzduğumuz dəyərləri geri qaytarmaq üçün ən kiçik addım belə bir nəfərin həyatını dəyişə bilər. Bəlkə də dünyanı…

Amma hər şey bir insanla başlayır. Bəlkə də səninlə… Bəlkə də bu yazını oxuyan həmin ürəklə.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə