Əməyin təhlükəsizliyi və idarəetməsi üzrə növbəti 12 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul edilib.
SİA xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yeni standartlar sağlamlıq, təhlükəsizlik, idarəetmə və texniki səmərəlilik tələblərini əhatə edir və Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.
Təsdiq edilmiş 12 yeni standart təşkilatlarda əməyin mühafizəsi, işə qəbul, karyera, peşə rəhbərliyi, biliklərin idarə edilməsi üçün effektiv idarəetmə sisteminin yaradılması, tətbiqi, saxlanılması, nəzərdən keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı tələbləri müəyyənləşdirir və təlimatlar verir.
Əmək sahəsində 2025-ci il üzrə planlaşdırılan 111 standartdan 88-i artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB