"İki ölkə prezidentləri arasında çox səmimi dostluq münasibətləri mövcuddur" -NAZİR
"İran münasibətləri, ali və yüksək səviyyəli səfərlər vasitəsilə — yəni bu səfərlər münasibətlərə çox ciddi töhfə verən amillərdir. İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian həm rəsmi, həm də işgüzar şəkildə ölkəmizə səfər etmişdir". SİA-nın verdiyi məlumata görə bu sözləri Azərbaycan Xarici İşkər nazirliyində keçirilən mətbuat konfransı zamanı Xarici İşlər Naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, iki ölkə prezidentləri arasında çox səmimi dostluq münasibətləri mövcuddur və bu görüşlər nəticəsində ciddi razılaşmalar əldə edilmişdir: "Bu gün də müzakirələrimiz zamanı biz əldə olunmuş razılaşmaların icrası, həyata keçirilən layihələrin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparmaq imkanı əldə etdik. Bugünkü müzakirələr kontekstində iki ölkə arasında olan siyasi, iqtisadi, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya məsələləri, humanitar sahədə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik və qlobal məsələlər müzakirə mövzusu olmuşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB