ABŞ-ın Donbasla bağlı ukraynalılara qarşı tələbləri açıqlandı...

ABŞ danışıqlar qrupu Ukraynanın qoşunlarını Donbasdan çıxarmasını tələb edir.

SİA xəbər verir ki, sülh danışıqları ilə tanış olan yüksək vəzifəli Avropa mənbəsi bu barədə Politico jurnalına məlumat verib.

O bildirib ki, "ərazi məsələsində amerikalıların sadə bir mövqeyi var: Rusiya Ukraynanın öz ərazilərindən imtina etməsini tələb edir və amerikalılar bunun necə baş verəcəyini anlamağa davam edirlər".

Onun sözlərinə görə, Amerika tərəfi inadkarlıqla "Ukraynanın Donbasdan çıxmasında israr edir".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə