ABŞ danışıqlar qrupu Ukraynanın qoşunlarını Donbasdan çıxarmasını tələb edir.
SİA xəbər verir ki, sülh danışıqları ilə tanış olan yüksək vəzifəli Avropa mənbəsi bu barədə Politico jurnalına məlumat verib.
O bildirib ki, "ərazi məsələsində amerikalıların sadə bir mövqeyi var: Rusiya Ukraynanın öz ərazilərindən imtina etməsini tələb edir və amerikalılar bunun necə baş verəcəyini anlamağa davam edirlər".
Onun sözlərinə görə, Amerika tərəfi inadkarlıqla "Ukraynanın Donbasdan çıxmasında israr edir".
Əli Babayev