Avropa Birliyini "müalicəyə çağırırlar"..?

Avropa İttifaqının (Aİ) islahatlara ehtiyacı var.

SİA xəbər verir ki, RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu açıqlamanı Polşanın ən böyük müxalifət partiyası olan Hüquq və Ədalət partiyasının lideri Yaroslav Kaçinski verib.

Siyasətçi bildirib ki, "Aİ, indiki kimi, ağır xəstədir. Bu ağır xəstəlik müalicə olunmalıdır".

Onun sözlərinə görə, Hüquq və Ədalət partiyası hələ də Aİ-nin qorunmasını dəstəkləyir.

...Biz Avropa İttifaqının tərəfdarıyıq, lakin Aİ köklərinə qayıtmaqla kökündən yenidən qurulmalıdır, - deyə natiq əlavə edib.

Bir müddət əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski prezident Karol Navrotskini Aİ və Ukraynaya qarşı əsassız hücumlarda günahlandırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə