Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. SİA-nın bölgə müxbiri xəbər verir ki, dekabrın 8-i saat 12:00-a olan məlumata əsasən, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə edilir.
Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 millimetr olub.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən, hazırda Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 santimetri keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB