"Azərbaycan–Qırğızıstan münasibətləri həm ikitərəfli müstəvidə, həm də Türk Dövlətləri Təşkilatı formatında milli, mənəvi və soy birliyi baxımından çox müsbət və dinamik şəkildə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, son dövrlərdə Azərbaycanın Mərkəzi Asiya formatında əməkdaşlıq sammitinə tam hüquqlu üzv kimi qəbul olunması Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin inkişafı baxımından yeni bir platforma kimi qiymətləndirilə bilər: "Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İnvestisiya Fondu yaradılıb və bu fondun maliyyələşdirilməsini Azərbaycan tərəfi öz üzərinə götürüb. Son səfər zamanı məlum oldu ki, artıq bu fond vasitəsilə iki layihə maliyyələşməyə başlayıb və bir neçə layihə də hazırda nəzərdən keçirilir. Həmin səfər çərçivəsində Azərbaycan rəsmiləri bəyan etdilər ki, layihələrin sayı artarsa, fondun maliyyəsinin artırılması məsələsinə də baxıla bilər.
Bütün bunlar qardaş Qırğızıstan ilə Azərbaycan arasında mövcud olan mənəvi, mədəni və tarixi tellərin müasir dövrdə iqtisadi, siyasi və strateji istiqamətlərdə daha da dərinləşməsinə ciddi töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB