"Fevralın 27-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətdə intensivləşəcəyi ehtimalı var: "Günün ikinci yarısında yağıntı tədricən kəsiləcək. Şimal-qərb küləyi gündüz mülayim Cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə və gündüz 1°-3° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var. Bölgələrdə də 27-də arabir yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olunacağı ehtimal olunur. 27-si gündüz yağıntı tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 3°-8° isti, dağlıq ərazilərdə isə 0°-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq".
Qumral Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə