Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq? - Nəqliyyat eksperti AÇIQLADI
"Ölkəyə idxal olunan avtomobillərin yaş limiti məsələsi iki il bundan əvvəl Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Ölkəmizə idxal olunan avtomobillərin yaşı 10-dan çox olmamalıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalında artıq məhdudiyyətlər tətbiq olunub. "Ölkəyə qismən yeni avtomobillərin idxalı tətbiq olunur və azda olsa avtomobil parkının yenilənməsinə müsbət təsir edir. İdxal olunan avtomobillərin bir qədər də yaş limitinin azaldılması ilə bağlı hər hansı bir məlumat yoxdur. Düşünmürəm ki, bu vəziyyətdə yaş limiti yenidən azaldılsın. Çünki hələ də ölkədə avtomobillərə, xüsusən də minik avtomobillərinə ehtiyac çoxdur. Bununla yanaşı qeyd edim ki, bizim ölkəmizdə hal-hazırda "AVRO-4" ekoloji standartı qəbul olunub. Ola bilər ki, yaxın gələcəkdə "AVRO-5" standartına keçid olsun. Ümumiyyətlə ölkəmizdə hələ də yaşı keçmiş olan avtomobillərin üstünlüyü azda olsa görünür. Lakin son dövrlərdə əsas da son 5 il ərzində həm hibrid avtomobillərin, həm də elektromobil avtomobillərin ölkəyə idxalı sürətlənmişdir. Bununla da maşın bazarlarında yeni bir dövr başlanmışdır. Artıq insanlar bazarda ili keçmiş maşınlara deyil, gətirilən yeni maşınlara daha çox üstünlük verirlər. Lakin elə insanlarda var ki, ili köhnə olmasına baxmayaraq köhnə avtomobilləri almağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə