Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) və muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə humanitar tibbi aksiya keçirilib. SİA xəbər verir ki, agentliyin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”ndə təşkil olunan tibbi aksiyada Şahbuz Rayon Mərkəzi Xəstəxanasından və TMİB-in tabeliyindəki digər xəstəxanalardan dəvət olunmuş ixtisaslı həkim heyəti iştirak edib. Stomatoloq, oftalmoloq, nevropatoloq, lor, cərrah və digər ixtisaslı həkimlər tərəfindən 11 adda müayinələr aparılıb, qan analizləri götürülüb və nəticələrə uyğun müalicə təyin edilib.
TMİB-in icraçı direktorunun müavini Əli Orucov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Naib Əlizadə bu cür aksiyaların əhəmiyyətini vurğulayıblar.
Sonda hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə