Artıq bu gün həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Təbii ki hər kəs bu özəl günü fərqli məkanlarda, yerlərdə keçirir. Lakin bu bayramında özünəməxsus adət və ənənələri vardır.
Mövzu ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya açıqlamasına fikirlərini bildirib.Onun sözlərinə görə, Yeni il artıq planetar bayrama çevrilib və bu bayramın özünəməxsus gözəlliyi var: "Yeni il həm də müttəfiq respublikaları birləşdirən bayram olaraq təmtəraqlı qeyd edilir. Onun tarixçəsi xristianlıq ilə bağlı olsa da, keçmiş SSRİ respublikalarında bu daha çox təqvim ili kimi keçirilirdi. Çünki hər bir respublika SSRİ-nin daxilində olan zaman həm də indi müstəqil ölkə olanda belə təqvim məhz yanvarın 1- dən başlayır. Bu da ona gətirib çıxardı ki, insanlar bayram etmək üçün ümumi bir razılığa gəldilər. İlin yekunu və təzə ilin əvvəli kimi təmtəraqlı qeyd olunmağa başlanıldı. Digər müttəfiq respublikalara rəğmən bu gün bizim üçün ikiqat bayramdır. Yekun olaraq insanlar ömürlərinin xoş və kədərli xatirələrini özündə birləşdirən 2024- cü ili təmtəraqlı yola salıb, 2025 -i xoş, sevincli şəkildə qarşılansınlar. Həmçinin həyatlarının xoşbəxt olması üçün qohum və tanışları ilə bir süfrə ətrafında keçirirlər. Bizim mental dəyərlərə uyğun olaraq süfrələrdə hər cürə nemətlər, şirniyyatlar, müxtəlif yeməklər olmalıdır. İldən-ilə də bayrama bir çox yeni qatqılar olur. Əvvəllər ailə süfrəsi ətrafında keçirilən bayram indi restoranlarda, kafelərdə keçirilir. Bu xüsusiyyətin müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, insanlar əzab-əziyyətə qatlaşmadan müəyyən məbləği keçirməklə restoranın imkanlarından geniş istifadə edirlər, bununla yanaşı orada canlı musiqilər, şaxta baba, qar qız kimi yeni il atributları ilə qeyd edirlər. Hətta Yeni ili bizim müxtəlif turizm məkanlarında keçirən vətəndaşlarında sayı günü-gündən artır. Lakin yaxşı olar ki, bu günü insanlar öz evlərində keçirsinlər.
Qədimdən təqvim bayramına qədər müxtəlif ictimai, mədəni təhsil ocaqlarında kollektiv şənliklər təşkil olunurdu, uşaqlara, ailələrə, işçilərə bayrama özəl mükafatlar verirdilər. Bu da əmək imkanlarını genişlətmək və yüksəltmək üçün ənənə idi.
Yeni il gecəsini ayaqüstə və ayıq şəkildə qarşılamaq yaxşı olar. Ailə ilə qarşılanan bayram gecəsində kiçik müsabiqələr, şeirlər, bəxtini sınamaq üçün lotereya oyunları düşünmək olar. Son vaxtlar Yeni illə yanaşı bayramlarımızın kommersiyalaşdırılmasının əleyhinəyəm. Bu zaman lazım oldu-olmadı çox mənasız atributlardan, yolkalardan, atəşfəşanlıq, süni zərlərdən istifadə etməyə qarşıyam.
Azərbaycan xalqına Yeni il yaraşır, vaxtilə Qarabağa görə ürək açıqlığı ilə keçirə bilmədiyimiz bayramı indi şimali Azərbaycanın birləşməsi şərəfinə şən və xoşbəxt keçirə bilirik. Həmçinin biz bayramı xoşluqla keçirə bilmək üçün şəhidlərə, onların ailələrinə, əsgərlərimizə, qazilərimizə, polislərimizə təşəkkür etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə