Ruslara spirtli içki qadağası,..axı deyirlər at ölüncə otlar..?

...Voloqda vilayətində spirtli içki satışına ciddi məhdudiyyətlər tətbiq edildikdən sonra, hökumətin gözləntilərinin əksinə olaraq adambaşına spirtli içki istehlakı artmaqda davam edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, bölgədə yanvar ayından sentyabr ayına qədər təmiz spirt kimi hesablanan spirt istehlakında davamlı artım qeydə alınıb.

Yanvarda bu göstərici adambaşına 7,7 litr olduğu halda, sentyabrda 9,65 litrə çatıb.

Bu arada, qonşu rayonlarda ilin əvvəlindən spirtli içkilərin istehlakında azalma müşahidə olunub. Vologda vilayətinin səlahiyyətliləri, 1 mart 2025-ci il tarixindən etibarən spirtli içki satışına məhdudiyyətlər tətbiq edərək, satışa yalnız iş günləri saat 12:00-dan 14:00-a qədər icazə verdi.

Rəsmi məlumatlara görə, məhdudiyyətlərin ilk iki həftəsində içki mağazalarının 87 faizi (311-dən 270-i) bağlanıb, qanuni spirtli içki satışı isə 30 faiz azalıb.

Regional qubernator Georgi Filimonov alkoqol istehlakının 20 faiz, alkoqoldan ölüm hallarının isə 46 faiz azaldığını açıqlayıb.

Bununla belə, “Kommersant”ın kəşf etdiyi kimi, məhdudiyyətlər qeyri-qanuni bazarın böyüməsinə təkan verib. Alkoqollu içkilər taksi sürücüləri vasitəsilə, kofe adı ilə maskalanan müəssisələrdə və yemişan tincturasına tələbatın artdığı apteklərdə satılır.

Yerli sakinlər də spirtli içki almaq üçün kütləvi şəkildə qonşu rayonlara getməyə başlayıblar.

Voloqda vilayəti əvvəllər alkoqol istehlakının yüksək olduğu bölgələr arasında idi.

FinExpertiza-nın məlumatına görə, 2023-cü ildə bölgə, 2022-ci il göstəricisindən (9 litr) əhəmiyyətli dərəcədə yüksək olmaqla, adambaşına 12,6 litr olmaqla, sərt içki istehlakına görə Rusiya regionları arasında onuncu yeri tutub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə