Dekabrın 14-də səhər saatlarından etibarən Cəlilabad rayonuna mövsümün ilk qarı yağmağa başlayıb. SİA xəbər verir ki, qar əsasən rayonun dağlıq ərazilərinə daha çox yağıb. Kəndlərdə qar örtüyünün hündürlüyü 5 santimetr, rayon mərkəzində isə 3 santimetr təşkil edir.
Qar nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB