Masallı rayonunun Məmmədrzaküçə kəndində qaz açılışı

Masallı rayon Məmmədrzaküçə kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə 112 abonentin təbii qazla təmin edəcək yeni qaz xətti istismara verilmişdir.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov və regional idarənin əməkdaşları, eləcədə kənd sakinləri iştirak etmişlər.

Yeni qaz xəttinin istismara verilməsi mərasimində açılış nitqi söyləyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmiş və ölkədə hər gün əhalinin rifah halının yüksəldilməsi istiqamətində ölkə rəhbərinin tapşırığına uyğun olaraq işlər aprıldığını bildirmişdir.

Tədbirdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov ərazinin qazlaşdırılması və lahiyənin davam etdirildiyinin sevindirici hal olduğunu vurğulamışdır.

Sonda sakinlər kəndə mavi yanacaq verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarının bildiriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə