“İslamı doğru anlayan şəxs öz əməllərində heç vaxt yanlışlıqlara yol verməz” - DEPUTAT DANIŞDI

“Cəmiyyətdə dindar və dindar olmayan insanların olması normaldır. Çünki bütün insanlar dindar, inaclı ola bilməz”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, cəmiyyətin müəyyən hissəsi dindar, bir hissəsi inanclı və digər bir qismi ateistlərin olması normal haldır: “Amma dindarların savadlı olmaması, inanclı insanları din pərdəsi altında yanlış yollara çəkməsi yolverilməzdir və belə hallara qarşı mübarizə aparılmalıdır. Bunun üçün ən doğru yol dindarlıq fəaliyyəti ilə məşğul olanların minimum dini biliklərə yiyələnməsi tələbinin gücləndirilməsidir.

Digər bir məsələ isə milli mənəvi dəyərlərin və islam dininin əsasalarını insanlara çatdırılması üçün televiziya kanallarında verlişlərin təşkil olunması, dövrü mətbuatda yazıların verilməsi vacibdir. Yəni, inanclı insanların təfəkkürünü radikal yox, əsil islam dini bilikləri ilə maarifləndirilməsi üçün iş görülməlidir. Çünki, islamı doğru anlayan şəxs öz əməllərində heç vaxt yanlışlıqlara yol verməz”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə