"Bu hallara heç cür yol vermək olmaz" - SOSİOLOQ TƏNQİD ETDİ

"Milli-mənəvi dəyər adı ilə bəzən bayağılıq anlayışını cəmiyyətə yeritməyə çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.

Sosioloq bildirib ki, dəyərlərə bağlılıq inkişafdan qalmaq demək deyil: "Biz öz inkişafımızı yüksəltməklə əsrlər boyu xalqda toplanan insanlar arasındakı hörməti, mehribanlığı, kökə bağlı olan dəyərləri qoruyub saxlamalıyıq. Amerikada hindular müasir geyim geyinib öz dəyərlərini, kimliklərini əsrlərlə qoruyurlar. Biz müasirlik arxasınca gedib kimliyimizi tapdalaya bilmərik".

O deyib ki, uzun müddət Azərbaycanın milli dəyəri Qarabağ sayılırdı. Artıq Qarabağımızı azad etmişik. Bizim milli dəyərlərdə insana, insan əməyinə, yaşlı nəslə olan hörmət var. Bəzən müasirlik, iqtisadiyyat iziylə gedərək bunları çox vaxt görməzdən gələ bilirik. Bu hallara heç cür yol vermək olmaz".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə