“Vətəndaş istifadəyə yararsız məhsulu geri qaytara bilər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qanunvericilikdə istifadəyə yararsız məsulların satışı qadağandır. Buna görə də istehlakçıların hüquqlarının qorunması haqqında qanuna uyğun olaraq bu tip hallar baş verdikdə vətəndaşın məhsulları geri qaytarmaq hüququ var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, vətəndaşlar istifadə müddəti bitmiş məhsullarla rastlaşdıqda bu barədə müvafiq qurumlara məlumat verməlidirlər: “Qeyri-ərzaq məhsulları istifadəyə yararsız olduqda 14 gün ərzində dəyişdirilə və qaytarıla bilər. Bu, qanunla təsbit olunub. Bir tərəfdən qanun istifadəyə yararsız məhsulların satışını qadağan edir, digər tərəfdən Azərbaycan qanunvericiliyi istehlakçılara imkan verir ki, aldıqları məhsulu müəyyən müddət ərzində geri qaytara bilsinlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə