Çimərlikdə avtoxuliqanlıq edənləri hansı cəza gözləyir? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ
“Çimərlik ərazisində avtoxuliqanlıq edənlərlə bağlı nəzarət tədbirləri həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri açıqlamasında BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli deyib.

Onun sözlərinə görə, bu cür hərəkətlərə yol verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə oluna bilər: “Eyni zamanda, onları nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB