"Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” - YENİLƏNİR - FOTOLAR
Bu günBakı Konqres MərkəzindəMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib.
Öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, dövlət və QHT təmsilçiləri, veteranlar və gənclər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininsədri Füzuli Rzaquliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Xüsusi Təyinatlıların, qazilərin, şəhid ailələri və veteranları İctimai Birliyinin sədr müavini Rafail Nuriyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, XTQ-in ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB