"Aprel döyüşləri Ermənistana vurulan böyük bir zərbə idi" - HƏRBİ EKSPERT DANIŞDI

“2016-ci il aprelin 2-5-i tarixlərində cəbhə xəttində baş verən hadisələrdə Ermənistan Azərbaycana növbəti dəfə təxribat törətdi. Ermənistan strateji məntəqələri nəzarətə keçirtməklə mövqeyini gücləndirməyə çalışırdı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli danışdı.

Onun sözlərinə görə, ümumilikdə aprel döyüşünü bir neçə istiqamətə bölmək olar: “İlk növbədə Azərbaycan ordusunun özü illərdir formalaşdırdığı təcrübəsinin istifadəsi, ordunun döyüş birləşməsi olaraq fəaliyyəti, silah texnikalarından istifadə imkanları Azərbaycan ordusunun yeni silahlardan istifadə etməsi və ordumuzun nümunəvi hərbi birlikləri olan xüsusi təyinatlı qüvvələrin, döyüş aviasiya vasitələrinin, raket artireliya birləşmələrinin döyüşdə iştirakı formatında biz məsələlərə yanaşa bilərik. Azərbaycan ordusu həm Talış kəndi, həm də Lələ təpə yüksəkliyi istiqamətində uğurlu hərbi əməliyyat həyata keçirdilər. Bu uğur ordumuzun bütün qoşun növlərini əhatə edir.

Hesab edirəm ki, aprel döyüşləri əslində Ermənistana vurulan böyük bir zərbə idi. Ermənistan hakimiyyətinin çaxnaşmasına səbəb olan bir hadisə idi. Azərbaycan 2016-ci il aprel döyüşlərində əldə etdiyi uğurla məğlub durumdan güclü və bacarıqlı hərbi əməliyyatları həyata keçirə biləcək bir ordu birləşməsinə keçid etdi. Azərbaycan artıq masada diplomatik-siyasi danışıqlar formatını dəyişdi.

Biz bilirik ki, 2016-ci il aprel döyüşlərindən sonra Azərbaycan siyasi rəhbərliyinin danışıqlardakı ritorikası dəyişdi. Bununla da Azərbaycan ordusu Qarabağda və Naxçıvan istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə