“Tıxacların əsas birinci səbəbi hədindən artıq avtomobillərin sayının çox olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat-eksperti Aqil Rəhimov bildirib.
O qeyd edib ki, respublikada 1 milyon 700 mindən çox maşın var. Onun 1 milyondan çoxu Bakı şəhərindədir: “Məsələnin ikinci əsas səbəbi yol infrastrukturu ilə əlaqədardır. Yeni binalar tikilir, yollar daralır amma bu barədə heç kim nəsə fikirləşmir. Şəhər eninə genişlənmir. Tikinti şirkətləri fikirləşir ki, binaları mərkəzdə tikib, satsınlar. Ancaq yollar barədə düşünən heç kim yoxdur. Digər səbəb isə sürücülərin özləridir. Yollar normal halda olarkən qaydalarla sürmək o qədərdə çətin deyil. Əsas olan tıxaclar zamanı yol qaydalarına riayət edərək avtomobili idarə etməkdir.
Təəssüflər olsun ki, bizim sürücülərin çoxu gərgin vəziyyətlərdə zolaqları tez-tez dəyişərək, sürəti artırıb sanki yolda şahmat oynayırlar. Bütün bunlar Bakıda tıxacların yaranmasına səbəb olur. Yolların vəziyyətini yaxşılaşdırmaq üçün yollar genişləndirilməli, sürücülər maarifləndirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB